
Konfrans Liqası: “Çelsi” və “Fiorentina” sürprizə imkan vermədilər
- 02:43
- 38
Konfrans Liqasının 1/8 final mərhələsinə yekun vurulub.
Rekord.az xəbər verir ki, cavab oyunlarının hamısı eyni günə təsadüf edib.
“Fiorentina” evdə “Panatinaikos”u, “Çelsi” isə “Kopenhagen”i məğlub edərək mərhələ adlayıb. “Betis” səfərdə “Vitoriya”nı darmadağınla keçib. “Yagelloniya” “Brügge”yə səfərdə uduzsa da, ilk oyundakı darmadağın sayəsində 1/4 finala çıxıb. “Çelye” isə “Luqano”nu penaltilər seriyasında üstələyib. “Rapid” “Borats”ı, “Yurqorden” “Pafos”u, “Legiya” da “Molde”ni mübarizədən kənarlaşdırıb.
Konfrans Liqası
1/8 finalın cavab görüşləri
13 mart
“Brügge” (Belçika) - “Yagelloniya” (Polşa) 2:0
Qollar: Van der Brüggen, 88. Felipe Auqusto, 50.
İlk oyun - 0:3.
“Luqano” (İsveçrə) - “Çelye” (Sloveniya) 5:4 (penaltilər 1:3)
Qollar: Belhad, 21. Kutsias, 42; 80. Dos Santos, 44. Dumbiya, 118 – Şeslar, 40. Svetlin, 68. Kuçis, 90+5-pen. Nieto, 97.
İlk oyun - 0:1.
“Rapid” (Avstriya) - “Borats” (Bosniya və Herseqovina) 2:1
Qollar: Belyo, 70. Şaub, 96 – Oqrineç, 66.
İlk oyun - 1:1.
“Yurqorden” (İsveç) - “Pafos” (Kipr) 3:0
Qollar: Fallenius, 35. Stensson, 69. Nquen, 86.
İlk oyun - 0:1.
“Vitoriya” (Portuqaliya) - “Betis” (İspaniya) 0:4
Qollar: Bakambu, 5; 20. Antoni, 58. İsko, 80.
İlk oyun - 2:2.
“Fiorentina” (İtaliya) - “Panatinaikos” (Yunanıstan) 3:1
Qollar: Mandraqora, 12. Qudmundsson, 24. M.Kin, 75 – İoannidis, 81-pen.
İlk oyun - 2:3.
“Legiya” (Polşa) - “Molde” (Norveç) 2:0
Qollar: Morişita, 34. Qual, 108.
İlk oyun - 2:3
“Çelsi” (İngiltərə) - “Kopenhagen” (Danimarka) 1:0
Qol: Dyusberi-Holl, 55.
İlk oyun - 2:1.