Konfrans Liqası: Ən yaxşı adına 4 namizəd
- 01 Dek 2023 14:40
- 228
Avropa Konfrans Liqasında həftənin ən yaxşısı adına namizədlər müəyyənləşib.
Rekord.az xəbər verir ki, 5-ci tur yekunlaşandan sonra seçilən 4 futbolçudan biri azarkeşlərin rəyi əsasında qalib olacaq.
Namizədlər Yuray Kuçka (“Slovan”, Bratislava, Slovakiya), Benjamin Niqren (“Nordsyelland”, Danimarka), Amal Pelleqrino (“Bodo Qlimt”, Norveç) və Tyaqodur (“Brügge”, Belçika).
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində müəyyənləşəcək.