Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Noah" (Ermənistan) - “Rujomberok” (Slovakiya) görüşündə elektirik enerjisində yaranan problemə görə fasilə yaranıb.

Rekord.az xəbər verir ki, Abovyan şəhər stadionunda baş tutan matçın 68-ci dəqiqəsində işıqlar sönüb və hər tərəf qaranlığa bürünüb.

Təxminən 20 dəqiqəlik fasilədən sonra qarşılaşma qaldığı yerdən bərpa olunub.

Görüşün yekununda “Rujomberok” 0:3 hesablı məğlubiyyətə üzülüb. Bu komandaların cavab görüşü bir həftə sonra Slovakiyada baş tutacaq.

Konfrans Liqasında pley-offun qalan görüşləri avqustun 21-də və 22-də keçiriləcək.