Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Rekord.az xəbər verir ki, ilk gündə 6 qarşılaşma baş tutub.

Türkiyə nəhəngi “Fənərbaxça” Moldovada “Zimbru”nun qonağı olub. İlk matçda 5 cavabsız qol vuran İstanbul təmsilçisi səfərdə də 4:0 hesablı qələbə sayəsində mərhələ adlayıb. “Valmiera”, “Neman”, “Svift”, “Partizani” və “Struqa” da sərfəli nəticələrlə 3-cü təsnifat mərhələsinə yüksəliblər.

Bu mərhələnin qalan cavab görüşləri 2 və 3 avqustda keçiriləcək. Azərbaycan təmsilçiləri “Neftçi”, “Sabah” və “Qəbələ” də rəqibləri ilə cavab görüşlərinə avqustun 3-də çıxacaqlar.

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları

1 avqust

“Valmiera” (Latviya) - “Tre Penne” (San Marino)  7:0 (İlk oyun - 3:0)

“Baltsan” (Malta) - “Neman” (Belarus) 0:0 (0:2)

“Zimbru” (Moldova) - “Fənərbaxça” (Türkiyə) 0:4 (0:5)

“Svift” (Lüksemburq) - TNS (Uels) 3:2 (1:1)

“Partizani” (Albaniya) - “Atletik” (Andorra) 4:1 (1:0)

“Buduçnost” (Monteneqro) - “Struqa” (Şimali Makedoniya) 3:4 (0:1)