
Konfrans Liqası: Həftənin ən yaxşı futbolçusu adına namizədlər
- 17 Sen 2021 11:15
- 504
Futbol üzrə Avropa Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər məlum olub.
Rekord.az xəbər verir ki, bu ada “Roma”dan (İtaliya) Lorenso Pelleqrini, “Kopenhagen”dən (Danimarka) Yonas Vinn, LASK-dan (Avstriya) Dario Mareşiç və “Makkabi”dən (İsrail, Təl-Əviv) Stipe Peritsa namizəd olub.
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan səsvermədən sonra bəlli olacaq.