Futbol üzrə Avropa Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu məlum olub. Rekord.az xəbər verir ki, İsrailin “Makkabi” (Təl-Əviv) komandasının hücumçusu Stipe Peritsa ilk həftənin ən yaxşısı elan olunub.

Xorvatiyadan olan 26 yaşlı futbolçu UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan sorğuda ən yaxşı seçilib. O, qrup mərhələsinin ilk turunda Ermənistan “Alaşkert”inə 4:1 hesabıyla qalib gəldikləri oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Həftənin ən yaxşı futbolçusu adına “Roma”dan (İtaliya) Lorenso Pelleqrini, “Kopenhagen”dən (Danimarka) Yonas Vinn, LASK-dan (Avstriya) Dario Mareşiç də namizəd idi.