Konfrans Liqası: Həftənin ən yaxşısı adına namizədlər bilindi
- 2024-05-10 13:30
- 85
Avropa Konfrans Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
Rekord.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu ada “Fiorentina”dan Kristian Kuame və “Olimpiakos"dan Ayub El Kaabi namizəddir.
El Kaabi “Aston Villa”ya 2:0 hesabı ilə qalib gəldikləri oyunda dubl müəllifi olub.
Qalib UEFA-nın saytında azarkeşlər arasındakı səsvermədən sonra müəyyənləşəcək.