Futbol üzrə Avropa Konfrans Liqasında qrup mərhələsinin 2-ci turunun oyunlarından sonra həftənin ən yaxşı qolu bilinib.

Rekord.az xəbər verir ki, azarkeşlər arasındakı səsvermə nəticəsində “Qarabağ”ın futbolçusu Kadi Borgesin Kiprdə “Omoniya”ya vurduğu ilk qol ən yaxşı seçilib.

Kadi “Qarabağ”ın “Omoniya”nı 4:1 hesabıyla məğlub etdiyi oyunda iki qol vurub.