![photo](https://www.rekord.az/storage/uploads/4/konfrans.jpeg)
Konfrans Liqası: Klublarımızın pley-offdakı potensial rəqibləri bilindi
- 07 Avq 2023 16:27
- 348
Azərbaycan klublarının UEFA Konfrans Liqasının pley-off mərhələsində potensial rəqibləri bəlli olub.
Rekord.az xəbər verir ki, qitə futbol qurumunun təşkil etdiyi püşkatma zamanı “Neftçi” və “Sabah”ın mümkün rəqibləri müəyyənləşib.
“Ağ-qaralar” 3-cü raundda Türkiyənin “Beşiktaş” komandasını keçsə, “Dinamo” (Kiyev, Ukrayna) - “Aris” (Yunanıstan) cütünün qalibi ilə qarşılaşacaq. “Neftçi” – “Beşiktaş” cütünün güclüsü ilk görüşünü səfərdə keçirəcək.
“Sabah” isə 3-cü raundda Serbiya klubu “Partizan”ı üstələməyi bacarsa, “Styaua” (Rimıniya) – “Nordsyelland” (Danimarka) duelinin qalibi ilə üz-üzə gələcək. “Sabah” – “Partizan” cütündən üstün ayrılacaq komanda pley-offda ilk görüşünü səfərdə keçirəcək.
Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 24-də, cavab qarşılaşmaları isə bir həftə sonra baş tutacaq.