![photo](https://www.rekord.az/storage/uploads/5/1ba167fe-ee28-3b5b-ad4d-367fcd04a1db-850.jpg)
Konfrans Liqası: "Neftçi" - "Jelezniçar" oyununa biletlərin hamısı satıldı
- 03 Avq 2023 18:40
- 492
Bakıda "Neftçi" ilə Bosniya və Herseqovinanın "Jelezniçar" komandaları arasında keçiriləcək Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu üçün biletlər bitib.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, satışa çıxarılmış biletlərin hamısı satılıb.
Bu gün 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Jelezniçar” matçı saat 21:00-da start götürəcək. Sarayevodakı lk oyunda qalib müəyyənləşməyib - 2:2.