![photo](https://www.rekord.az/storage/uploads/5/671752c83f9e4fb98f1ec1fa2c63b249.jpg)
Konfrans Liqası: "Neftçi"nin növbəti mərhələdəki rəqibi dəqiqləşdi
- 04 Avq 2023 00:20
- 362
"Neftçi"nin Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi dəqiqləşib.
Rekord.az xəbər verir ki, "ağ-qaralar" növbəti raundda Türkiyə "Beşiktaş"ı ilə üz-üzə gələcək.
İstanbul təmsilçisi 2-ci təsnifat mərhələsinin cavab oyununda Albaniyada "Tirana"ya 2 cavabsız qolla qalib gəlib. İlk matçda da rəqibini məğlub edən (3:1) "qara qartallar" iki matçın nəticəsinə əsasən mərhələ adlayıblar.
3-cü raundun qarşılaşmaları 10-17 avqustda olacaq. “Neftçi” ilk oyunu səfərdə, cavab matçını evdə keçirəcək.