Konfrans Liqası: Pley-off mərhələsinin püşkü atıldı
- 20 Dek 2024 16:59
- 51
UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
Rekord.az xəbər verir k, İsveçrənin Nyon şəhərində reallaşan tədbirdə pley-offa yüksələn 16 komanda rəqiblərini tanıyıb.
“Gent” (Belçika) - “Betis” (İspaniya)
“Çelye” (Sloveniya) - APOEL (Kipr)
“Kopenhagen” (Danimarka) - “Haydenhaym” (Almaniya)
“Omoniya” (Kipr) - “Pafos” (Kipr)
Baçka Topola (Serbiya) - “Yagelloniya” (Polşa)
“Vikinqur” (İslandiya) - “Panatinaikos” (Yunanıstan)
“Molde” (Norveç) - “Şemrok Rovers” (İrlandiya)
“Borats” (Bosniya və Herseqovina) - “Olimpiya” (Sloveniya)
Pley-off mərhələsində ilk matçlar fevralın 13-də, cavab görüşləri isə 20-də baş tutacaq.
Qeyd edək ki, Konfrans Liqasının Liqa mərhələsini ilk "səkkizlik"də bitirən "Çelsi" (İngiltərə), “Vitoriya” (Portuqaliya), "Fiorentina" (İtaliya), “Rapid” (Avstriya), “Yurqorden” (İsveç), “Luqano” (İsveçrə), “Legiya” (Polşa) və “Serkl Brügge” (Belçika) birbaşa 1/8 finala yüksəliblər.