Futbol üzrə Avropa Konfrans Liqasında pley-off mərhələsinin bütün cütləri müəyyənləşib.

Rekord.az xəbər verir ki, Azərbaycan bu mərhələdə iki komanda ilə təmsil olunacaq.

“Neftçi” İsrailin “Makkabi” (Hayfa), “Qarabağ” isə Şotlandiyanın “Aberdin” komandası ilə üz-üzə gələcək.

İngiltərənin “Tottenhem” komandası bu mərhələdə “Pasuş de Ferreyra” (Portuqaliya) ilə qarşılaşacaq.

Türkiyənin “Trabzonspor” klubu pley-offda İtaliyanın “Roma” komandasına rəqib olub. “Sivasspor” isə Danimarka “Kopenhagen”i ilə üz-üzə gələcək.

Pley-offun oyunları 19 və 26 avqust tarixlərində keçiriləcək.

Konfrans Liqası
Pley-off mərhələsi

Çempionlar yolu
Jalgiris (Litva) - Bodo Qlimt (Norveç)
Neftçi (Azərbaycan) - Makkabi (Hayfa, İsrail)
Flora (Estoniya) - Şemrok Rovers (İrlandiya)
Riqa (Latviya) - Linkoln (Cəbəllütariq)
Fola (Lüksemburq) cütünün qalibi - Kayrat (Qazaxıstan)

Əsas yol
Qarabağ (Azərbaycan) - Aberdin (Şotlandiya)
Bazel (İsveçrə) - Hammarbü (İsveç)
Viktoriya (Çexiya) - ÇSKA (Sofiya, Bolqarıstan)
Pasuş de Ferreyra (Portuqaliya) - Tottenhem (İngiltərə)
Renn (Fransa) – Rusenborq (Norveç)
Anderlext (Belçika) – Vitess (Niderland)
LASK (Avstriya) – Qalatasaray (Türkiyə)
Şaxtyor (Qazaxıstan) - Makkabi (Təl-Əviv, İsrail)
PAOK (Yunanıstan) - Riyeka (Xorvatiya)
KuPS (Finlandiya) - Union Berlin (Almaniya)
Feyenoord (Niderland) – Elfsborq (İsveç)
Rakuv (Polşa) - Gent (Belçika)
Sivasspor (Türkiyə) – Kopenhagen (Danimarka)
Santa Klara (Portuqaliya) - Partizan (Serbiya)
Trabzonspor (Türkiyə) - Roma (İtaliya)
Hapoel (Beer-Seva) - Anortosis (Kipr)
Yablonets (Çexiya) - Jilina (Slovakiya)