UEFA futbol üzrə Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları üçün hakim təyinatlarını açıqlayıb.

Rekord.az xəbər verir ki, “Qarabağ”ın “Aşdod” (İsrail), “Sumqayıt”ın isə “Çukariçki” (Serbiya) ilə cavab matçlarının da hakimləri bəlli olub.

İsraildə keçiriləcək “Aşdod” – “Qarabağ” matçını Serbiyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Novak Simoviç olacaq. Ona yan xətt hakimləri Nikola Coroviç və Miloş Simoviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Aleksandar Jivkoviç yerinə yetirəcək.

Sumqayıtda keçiriləcək “Sumqayıt” – “Çukariçki” matçını isə Danimarkadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Yorgen Burxardt olacaq. Ona yan xətt hakimləri Lars Hummelqard və Nyels Hoq kömək edəcəklər. Dördüncü hakim funskiyasını Sandi Putros yerinə yetirəcək.

Qeyd edək ki, hər iki oyun iyulun 29-da keçiriləcək. Azərbaycanın bu turnirdəki digər təmsilçisi “Keşlə”nin Rusiya “Soçi”si ilə cavab qarşılaşması üçün təyinatlar hələ açıqlanmayıb.