"Sabah" və “Zirə”nin Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibləri bəlli olub.

Rekord.az xəbər verir ki, “Sabah” növbəti mərhələdə İrlandiyanın "Sent-Patriks Atletik", “Zirə” isə Xorvatiyanın “Osiyek” komandasına rəqib olub.

Dublin təmsilçisi ilk oyunda 3:1 hesabı ilə qalib gəldiyi Lixtenşteynin "Vaduts" klubu ilə bugünkü cavab matçında heç-heçə edib - 2:2. Bununla da komanda iki oyunun nəticəsinə görə 3-cü mərhələyə adlayıb.

“Osiyek” isə 2-ci raundda Estoniyanın “Levadiya” komandasını iki oyunun nəticəsinə görə üstələyib (5:1, 1:0) .

Həm “Zirə”, həm də "Sabah" 3-cü təsnifat mərhələsində ilk oyununu səfərdə keçirəcək.