"Zirə" və "Sabah"ın Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki oyunlarını idarə edəcək hakimlər müəyyənləşib.

Rekord.az xəbər verir ki, "Zirə"nin Xorvatiyada yerli "Osiyek"ə qarşı ilk matçında yunanıstanlı Aristotelis Diamantopoulos iş başında olacaq.

Tərəflər arasındakı "Dalğa Arena"dakı cavab görüşünü isə avstriyalı Xulian Veinberger idarə edəcək.

İrlandiyada "Sent-Patriks Atletik” və "Sabah" arasındakı ilk qarşılaşma islandiyalı Vilhyalmur Torarinssona tapşırılıb. Bakıdakı cavab oyununda isə rumıniyalı Marsel Birsan ədaləti qoruyacaq.

Bu raundun ilk matçları 8 avqustda, cavab oyunları avqustun 15-də gerçəkləşəcək.