Konfrans Liqası: “Sumqayıt”ın ilk oyununun vaxtı dəyişdirildi
- 18 İyn 2021 18:30
- 573
“Sumqayıt”ın Serbiyanın “Çukariçki” komandası ilə UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçirəcəyi ilk oyununun vaxtı dəyişdirilib.
Rekord.az xəbər verir ki, bu barədə Belqrad təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İyulun 22-də keçirilməsi nəzərdə tutulan matç bir gün əvvəl – iyulun 21-də oynanılacaq.
Buna səbəb iyulun 22-də Serbiyanın digər klubu “Partizan”ın da Konfrans Liqasında Slovakiyanın “Dunayska Streda” komandası ilə ev oyununa çıxmasıdır. UEFA-nın qaydalarına əsasən, bir ölkənin iki komandası eyni gündə evdə avrokubok matçı oynaya bilməz.
Komandalar arasında cavab oyunu iyulun 29-da Sumqayıtda olacaq.