Avropa Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

Rekord.az xəbər verir ki, bu ada “Bodo Qlimt”in (Norveç) yarımmüdafiəçisi Albert Qronbaek layiq görülüb.

O, buna “Ayaks”la səfər matçında (2:2) dubla imza atmaqla nail olub.

Həftənin ən yaxşısı adına Tomi Horvat (“Şturm Qraz”), Matias Rasmussen (“Yunion”) və Fredrik Qulbrandsen (“Molde”) də namizəd idi.