Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Şimali Amerika, Mərkəzi Amerika və Karib hövzəsində (KONKAKAF) 2022-ci ilin ən yaxşı futbolçusunun adını açıqlayıb.

Rekord.az xəbər verir ki, İFFHS Kanada millisinin sol cinah yarımmüdafiəçisi Alfondo Deyvisi ötən ilin ən yaxşısı elan edib.

Almaniyanın “Bavariya” klubunun formasını geyinən 22 yaşlı futbolçu səsvermə zamanı bütün rəqiblərini qabaqlayıb.

KONKAKAF-da ilin ən yaxşı gənc futbolçusu da açıqlanıb. Bu ada isə ABŞ yığmasının və İspaniyanın “Valensiya” klubunun 21 yaşlı yarımmüdafiəçisi Yunus Musa layiq görülüb.