Şimali Amerika, Mərkəzi Amerika və Karib hövzəsi futbol federasiyası (KONKAKAF) Millətlər Liqasının qalibi məlum olub.

Rekord.az xəbər verir ki, həlledici matçda ABŞ və Meksika yığması üz-üzə gəlib. Oyun ABŞ-ın 3:2 hesablı qələbəsiylə başa çatıb.

KONKAKAF Millətlər Liqası
Final

7 iyun

ABŞ – Meksika 3:2
Qol: Covanni Reyna, 27, Eueston Makkeni, 82. Kristian Pulişiç, 114-pen – Xesus Korona, 1. Dieqo Laynes, 79.