![photo](https://www.rekord.az/storage/uploads/4/konte-3.jpg)
Konte istefa verir?
- 24 Mar 2021 14:22
- 568
"İnter"in baş məşqçisi Antonio Konte yayda vəzifəsindən ayrıla bilər.
Rekord.az "Tuttosport"a istinadən xəbər verir ki, klubun sponsoru olan Çinin "Suninq Holdinqs" şirkətinin maliyyə problemleri səbəbindən yayda heyətin gücləndirilməsi sual atlındadır. Bu səbəbdən italiyalı mütəxəssis yayda işini tərk edə bilər.
Kontenin İngiltərə Premyer Liqasında işləmək variantlarını nəzərdən keçirdiyi bildirilir.
Qeyd edək ki, Konte 2019-cu ilin yayından Milan təmsilçisini çalışdırır. Onun komandası hazırda 65 xalla A seriyasının lideridir.