Nuno Eşprito Santo ilə yollarını ayıran “Tottenhem”i Antonio Konte çalışdıra bilrər.

Rekord.az xəbər verir ki, bu barədə italyan jurnalist Fabritsio Romano öz Tvitter səhifəsində məlumat yayıb.

Onun iddiasına görə, London klubu italiyalı mütəxəssislə razılığa gəlib. 52 yaşlı mütəxxislə hələ yay aylarından danışıq aparan paytaxt təmsilçisi nəhayət onu razı sala bilib. Konte "Tottnehem"lə müqavilə bağlamaq üçün bu gün Londona gedə bilər.

Qeyd edək ki, Konte son olaraq “İnter”i çalışdırıb. O, Milan təmsilçisi ilə A seriyasında son mövsüm çempion olub.