Konteyə görə "İnter"dən ayrıla bilər
- 28 May 2021 14:18
- 609
Son İtaliya çempionu "İnter"in futbolçusu Romero Lukaku komandadan ayrıla bilər.
Rekord.az "Sky Sports"a istinadən xəbər verir ki, belçikalı hücumçu baş məşqçi Antonio Kontenin göndərilməsinə görə bu qərara gəlib. O, "İnter"də xoşbəxt olsa da, Kontenin komandada saxlanılmamasına görə klubdan ayrıla bilər.
Qeyd edək ki, Lukakunun "İnter"lə 3 illik müqaviləsi var.