"İnter" klubunun baş məşqçisi Antonio Konteyə iki oyunluq cəza verilib.

Rekord.az A seriyasının rəsmi saytına istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis çempionatın 19-cu turunda "Udineze" ilə oyunun (0:0) fasiləsində hakimlə mübahisə etdiyi üçün bu cəzanı alıb.

İtaliyalı mütəxəssis "Benevento" (30 yanvar) və "Fiorentina" (5 fevral) ilə görüşlərdə texniki zonada yer almayacaq.

Konte həmçinin 20 min avro məbləğində cərimələnib.