AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan yeni təyinat alıb.

Rekord.az xəbər verir ki, o, Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Qazaxıstanın “Tobol” və Slovakiyanın “Jilina” komandaları arasında keçiriləcək ilk oyunun UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, bu qarşılaşma avqustun 5-də “Astana Arena”da keçiriləcək.