Koronavirus səbəbindən qadağa qoyulan sahələrdən biri də futbolla bağlıdır. Daha doğrusu, azarkeşlərlə bağlı. Məlum olduğu kimi, Operativ Qərargah hələ də azarkeşlərin stadionlara girişinə icazə vermir.

Rekord.az-ın təqdim etdiyi bu foto Zaqatalada şəkilib.

Yerli "Zaqatala" I Divizion çərçivəsində evdə MOİK-i qəbul edir. Stadiona azarkeş qadağası olduğundan yerli fanatlar Zaqatala Olimpiya Kompleksinin dəmir darvazaları arasından bu vəziyyətdə oyunu izləmək məcburiyyətində qalıb.