Koronavirus bir anda bütün dünyanı iflic elədi. Təbii ki, bu durum futboldan da yan keçmədi və bütün idman yarışları, o cümlədən futbol üzrə ölkə çempionatları da yarımçıq dayandırıldı. O cümlədən Azərbaycan da çempionata fasilə verildi, bütün klublar fəaliyyətini müvəqqəti dayandırdı. "Sumqayıt"da bu mənada həyat tamam dayanıb.

 

Rekord.az xəbər verir ki, virus səbəbindən klub tamamilə fəaliyyətini dayandırıb.

 

Adi günlərdə qaynar qazanı xatırladan "Kapital Bank Arena" bu gün ölü sükuta qərq olub. Arenanın qapısına qıfıl vurulub, ərazidə inc-cins də gözə dəymir. Açılışı olan gündən bu yana burada ilk dəfədir ki, belə mənzərə yaşanır..