Koronavirus Millətlər Liqasına da təsir etdi: 1 oyun təxirə salındı
- 05 Sen 2020 18:41
- 695
UEFA Millətlər Liqasının 2-ci turu çərçivəsində keçirilməli olan Çexiya – Şotlandiya oyunu təxirə salınıb.
Rekord.az xəbər verir ki, matç koronavirus səbəbiylə təxirə salınıb.
Çexiyada koronavirusla bağlı vəziyyət qənaətbəxş olmadığı üçün belə addım atılıb. Məsələylə bağlı Çexiya Futbol Federasiyası UEFA-ya müraciət edib.
Oyunun yeni tarixi məlum deyil.
Çexiya – Şotlandiya oyunu sentyabrın 7-də keçirilməli idi.