Koronavirus Millətlər Liqasının da ləğvinə səbəb oldu
- 11 May 2020 12:44
- 833
Voleybol üzrə Millətlər Liqası ləğv olunub. "Rekord.az" xəbər verir ki, bu barədə Beynəlxalq Voleybol Federasiyasının rəsmi saytında məlumat yerləşdirilib.
Yarışın ləğv olunmasına səbəb isə koronavirus pandemiyasıdır. Virusun geniş yayılmasından sonra həm qadın, həm də kişi voleybolçuların yarışı qeyri-müəyyən vaxtadək təxirə salınmışdı. Lakin koronavirusun daha da uzunmüddətli və təhlükəli olması Millətlər Liqasının 2020 il mövsümünün ləğvi ilə nəticələnib.
Qeyd edək ki, kişi voleybolçuların yarışının ilkin mərhələsi 22 may - 21 iyun tarixlərində, qadınlar arasında isə 19 may - 21 iyunda keçirilməli idi. Finallar isə eyni vaxtda, 1-5 iyun tarixlərinə nəzərdə tutulurdu.