Koronavirus Neymarı da “vurdu”
- 10 Apr 2020 19:00
- 833
Koronavirus pandemiyasının klublara vurduğu iqtisadi zərbəyə görə Fransada futbolçuların maaşı azaldılacaq.
Rekord.az ESPN-ə istinadən xəbər verir ki, çempionatın yayımçı şirkəti olan “Canal+” və “beIN Sports”un klublara ödəmələri dayandırmasından sonra bununla bağlı hökumətə təklif göndərilib.
Fransa Peşəkar Futbolçular Assosiasiyası İqtisadiyyat və Maliyyə Nazirliyindən xahiş edib ki, futbolda mümkün maliyyə böhranından qaçmaq üçün oyunçuların maaşının müvəqqəti olaraq dərhal azadılması ilə bağlı qərar versin. Artıq tərəflər arasında bu məsələdə razılıq əldə edilib. Beləliklə, rəsmi qərardan sonra futbolçuların maaşında azalma faizi aşağıdakı kimi olacaq:
Ayda 10 min avroyadək maaş alan oyunçular - azaldılmayacaq
Ayda 10-20 min avro alan oyunçular – 20 faiz
20-50 min avro alan oyunçular – 30 faiz
50-100 min avro alan oyunçular – 40 faiz
100 mindən çox avro alan oyunçular – 50 faiz
Beləliklə, qərar təsdiqlənəcəyi halda bundan ən çox Fransa Liqa 1-in ən bahalı oyunçusu (illik 31,6 milyon avro) Neymar ziyan çəkəcək. Onun maaşı yarıbayarı azaldılacaq.