“Zirə” klubunun futbolçusu Klesio Baukun millisinin heyətində koronavirus testi verdiyini və cavabın pozitiv çıxmasını xəbər vermişdik.

Rekord.az xəbər verir ki, "qartallar"ın 26 yaşlı əcnəbisi təkrar koronovaris testi verib. İlk testlərdən fərqli olaraq, bu dəfə cavab neqativ çıxıb. Buna görə də onun "Zirə"nin heyətinə qatılmasında heç bir maneə qalmayıb.

Mozambikli futbolçu bunun üçün artıq ölkəsini tərk edib. Amma əldə etdiyimiz məlumata görə, Bakıya qayıtsa da Klesio bu həftə keçiriləcək turda meydançaya çıxmayacaq. O, gələn həftənin 1-ci günündən məşqlərə başlayacaq.