Basketbol üzrə kişilər arasında Azərbaycan Super Liqası bərpa olunur.

Rekord.az xəbər verir ki, koronavirusun yayılma ehtimalı səbəbindən təxirə salınan 21-ci turun qarşılaşmaları sabah baş tutacaq.

3-cü dövrənin sonuncu turu Xırdalandakı Abşeron İdman Olimpiya Kompleksində keçiriləcək. 

Görüşlərin təqvimini diqqətinizə çatdırırıq:

Azərbaycan Super Liqası
21-ci tur

11 mart
 
12:00. Atom - Zirvə
14:00. Atletik - Sərkərdə
16:00. Sıçrayış - Xırdalan
18:00. 80-lər - Gəncə