İngiltərənin “Uotford” klubunun futbolçusu Troy Dini koronavirusa görə məşqlərə başlamaq istəmir.

Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun kapitanı yerli mətbuata açıqlama verib:

“Məşqlərə başlanılmasına icazə verildi, ancaq mən bunu etməyəcəm. Başa düşə bilmirəm, saçlarımızı kəsdirə bilmərik, ancaq 19 nəfərlə meydanda məşq edə bilərik? Virusun təhlükəsi hələ keçməyib, niyə riskə getməliyəm?

Virusun yayılması üçün onun bir nəfərə yoluxması kifayətdi. Mən virusu evə gətirmək istəmirəm. Oğlum 5 aylıqdı və nəfəs almasında problem var. Onu təhlükəyə atmayacağam. Bunu məndən tələb edə bilməzlər. Mənim üçün əziz olan insanları itirmişəm. Ailəmin sağlılığı cibimdəki puldan daha vacibdi”.

İngiltərədə Premyer Liqa klublarına kollektiv məşqlərə başlamağa icazə verilib. Çempionatın isə iyunun 12-də başlayacağı ehtimal olunur.