Koronavirusa görə təxirə salınan, sonradan bərpa olunan ölkə birinciliyi yenidən dayandı
- 18 Mar 2020 13:59
- 875
Voleybol üzrə Azərbaycan çempionatı yenidən təxirə salınıb. "Rekord.az" xəbər verir ki, qadın voleybolçular arasında Super Liqa, kişi voleybolçular arasında Yüksək Liqa, eləcə də 1-ci liqa yarışlarının oyunları qeyri-müəyyən vaxtadək dayandırılıb.
Bu, koronavirusun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlıdır. Həmçinin, ölkədə fəaliyyət göstərən voleybol üzrə bütün bölmə və klublardan da məşqləri dayandırılıb.
Xatırladaq ki, çempionat oyunları bu ayın əvvəlində təxirə salınsa da, sonradan bərpa olunmuçdu. Martın 13-də kişi voleybolçular arasında iki qarşılaşma baş tutub. Növbəti oyunların martın 17 18 və 27-də keçirilməsi nəzərdə tutulurdu. Qadın komandaların isə meydana martın 27-də çıxması planlaşdırılırdı.