Koronavirusa qalib gələn futbolçudan 7 dəqiqəyə het-trik
- 26 İyl 2020 18:30
- 674
Bir neçə ay əvvəl koronavirusa qalib gələn Maruan Fellani Çin Super Liqasında çıxdığı ilk oyunda 3 qol vurub.
Rekord.az xəbər verir ki, belçikalı yarımmüdafiəçinin formasını geyindiyi “Şandun Lunen” klubu ilk turda səfərdə “Dalyan”la qarşılaşıb.
Görüş “Şandun Lunen”in 3:2 hesablı qələbəsiylə başa çatıb. Fellaini bu matçda 7 dəqiqədə het-trik edərək, komandasına qələbə qazandırıb.
Fellaini mayda koronavirusa yoluxmuş və daha sonra sağalmışdı.