Koronavirusa yoluxan azərbaycanlı jurnalist sağaldı
- 02 İyn 2020 22:53
- 761
Koronavirusa yoluxan azərbaycanlı idman jurnalisti Anar Cəfərsoy sağalıb.
Rekord.az xəbər verir ki, o, bununla bağlı “Facebook” səhifəsində məlumat yayıb. İki həftədir müalicə olunan jurnalistin son koronavirus testi mənfi çıxıb.
Xatırladaq ki, Anar Cəfərsoyun 69 yaşlı anası Zöhrə Cəfərova mayın 28-də bu pandemiyadan vəfat edib.