Koronavirusa yoluxan Fransa millisinin üzvü sağaldı
- 28 Mar 2020 12:53
- 827
Bir müddət əvvəl koronavirusa yoluxan Fransanın voleybolçu kişilərdən ibarət yığmasının və Rusiyanın "Zenit Kazan" klubunun üzvü Ervin Nqapet artıq sağalıb. "Rekord.az" xəbər verir ki, təcrübəli voleybolçu artıq vətəninə dönüb.
Qeyd edək ki, Ervin Nqapetin virusa yoluxması martın 17-də bəlli olmuşdu. Müntəzəm çempionat başa çatdıqdan sonra o, Fransaya ailəsinin yanına yollanmışdı. Kazana geri döndükdən sonra o, səhhətinin pis olması ilə bağlı komandası məlumat verdikdən sonra test edilmis və nəticəsi müsbət çıxmışdı. Dərhal müvafiq xəstəxanaya yerləşdirilən voleybolçu iki həftə müalicə olunduqdan sonra sağalaraq evə buraxılıb.
Onu da vurğulayaq ki, fransız voleybolçu Kazanda koronavirusa yoluxan ilk sakin olub.