Koronavirusa yoluxan futbolçu: “Heç “poxmel” olanda başım belə ağrımırdı”
- 07 İyn 2020 16:24
- 521
Rusiyanın “Lokomotiv” klubunun koronavirusa yoluxan futbolçusu Cefferson Farfan açıqlama verib.
Rekord.az xarici mətbuata istinadən xəbər verir ki, 35 yaşlı futbolçu, virusla mübarizəsindən danışıb:
“Vəziyyət nəzarət altında idi. Sadəcə bir simptom var idi. O da dəhşətli baş ağrısı idi. Heç vaxt belə baş ağrısı yaşamamışdım. Əvvəlcə dad və qoxu hissini itirdim. Ancaq sonrasında hər şey qaydasına düşdü. Mənim simptomlarım bilinən kimi nəzarətə alındım. İndi hər şey yaxşıdır.
Əvvəlcə bədənimdə də ağrı var idi. Ancaq ən dəhşətlisi baş ağrısı idi. Heç “poxmel” olanda başım belə ağrımırdı. İnsanlar vəziyyətin ciddiyətini bilməlidir. Sağlamlıqlarının qayğısına qalmalıdırlar”.