Koronavirusa yoluxan futbolçu sağaldı
- 14 Apr 2020 18:42
- 616
“Mançester Yunayted”in koronavirus pandemiyasına yoluxan sabiq futbolçusu Maruan Fellaini sağalıb.
Rekord.az xəbər verir ki, hazırda Çinin “Şandun Lunen” klubunun şərəfini qoruyan 31 yaşlı yarımmüdafiəçi xəstəxanadan evə buraxılıb.
Futbolçunun tamamilə sağaldığı bildirilir. Fellaini məşqlərə başlamamışdan əvvəl daha 14 gün karantində qalmalıdı.
Fellaini Çin Super Liqasında koronavirusa yoluxan ilk futbolçu olmuşdu.