Koronavirusa yoluxan hücumçu Azərbaycanla oyunu buraxacaq
- 02 Sen 2021 15:31
- 520
Futbol üzrə İrlandiya milli komandasının futbolçusu Şeyn Lonq koronavirusa yoluxub.
Rekord.az xəbər verir ki, 34 yaşlı hücumçunun koronavirus testi müsbət çıxıb. O, bu səbəbdən DÇ-2022-nin seçmə mərhələsinin Portuqaliya ilə matçını (1:2) buraxmalı olub.
Lonq seçmə mərhələnin Azərbaycanla oyununda da iştirak edə bilməyəcək.
Sentyabrın 4-də keçiriləcək İrlandiya – Azərbaycan matçı saat 20:00-da start götürəcək.