Dünyada yayılan koronavirus pandemiyası idman sahəsinə də təsirsiz ötüşməyib.

Rekord.az xəbər verir ki, önəmli turnirlərin əksəriyyəti təxirə salınıb.

Həmçinin virusun yayıldığı ölkələrdə bəzi tanınmış idmançılar və idman adamları da koronavirusa yoluxub.

 

Onların adlarını təqdim edirik:

"Flamenqo"nun baş məşqçisi Jorji Jezuş;

"Arsenal"ın baş məşqçisi Mikel Arteta;

"Verona"nın futbolçusu Mattia Cakkanyi;

"Fiorentina"nın futbolçuları - Duşan Vlaxoviç, Patrik Kutrone, Herman Petselya;

"Valensiya"nın futbolçuları - Esekiel Qaray və Eliakim Mankalya;

"Yuventus"un futbolçuları - Daniele Ruqani, Blez Matyuidi;

Danimarkalı sabiq futbolçu Tomas Kalenberq;

"Paderborn"un futbolçusu Luka Kilian;

"Sampdoriya"nın futbolçuları - Manolo Qabbiadini, Omar Kolli, Albin Ekdal, Antonio La Qumina, Morten Torsbü;

"Hannover 96"-nın futbolçusu Timo Hübers;

"Bruklin Nets"in basketbolçusu Kevin Dyurent;

"Real"ın basketbolçusu Trey Tompkins;

"Yuta Caz"ın basketbolçuları - Rudi Qober və Donovan Mitçell;

"Detroyt Pistons"un basketbolçusu Kristian Vud;

"Çelsi"nin futbolçusu Kallum Hadson-Odoi.