Koronavirusa yoluxan sabiq “Liverpul”lu evə buraxıldı
- 12 Apr 2020 15:31
- 662
İngiltərənin “Liverpul” klubunun koronavirus pandemiyasına yoluxan sabiq futbolçusu və baş məşqçisi Kenni Dalqliş xəstəxanadan çıxıb.
Rekord.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Aprelin 10-da pandemiyaya yoluxduğu açıqlanan 69 yaşlı mütəxəssis xəstəxanaya yerləşdirilmişdi. Artıq onun lazımi müalicələr aldığı və həkimlərin Kenninin evə getməsinə icazə verdiyi bildirilib.
Dalqliş 1977-1990-cı illərdə “Liverpul”un formasını geyinib.