Koronavirusdan dünyasını dəyişmiş məşqçinin adına klub yaradılıb
- 10 Fev 2022 13:42
- 501
2021-ci ilin dekabrın 21-də koronavirusdan dünyasını dəyişmiş kikboksinq üzrə məşqçi Ceyhun Abbasovun adına klub yaradılıb.
Rekord.az xəbər verir ki, Azərbaycan Kikboksinq Federasiyasının (AKF) Mətbuat Xidmətindən reporta verilən məlumata görə, klub Bakı Olimpiya Stadionunda fəaliyyət göstərəcək.
Klubun prezidenti İsmət Ağazadə və məşqçisi Babək Rüstəmovu AKF prezidenti Orxan Əliyev qəbul edib və onlara üzvlük sertifikatı verib.
Həmçinin, qadın kikboksçu Rumiyyə Vəliyeva və "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunmuş Qarabağ qazisi, Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsinin MAXE baş çavuşu Məhəmməd Süleymanov məşqçilik sertifikatı ilə təltif olunub.