Korreanı transfer edib, Pinamontini icarəyə verdi - “İnter”
- 26 Avq 2021 19:21
- 558
İtaliyanın "İnter" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Rekord.az xəbər verir ki, son ölkə çempionu argentinalı yarımmüdafiəçi Xoakin Korreanı transfer edib.
Bu barədə Milan təmsilçisinin rəsmi saytı məlumat yayıb. “Latsio”dan transfer olunan 27 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2018-ci ildən "Latsio"da çıxış edən Korrea, həm də Argentina yığmasının üzvüdür. O, Roma təmsilçisində meydana çıxdığı 117 matçda 30 qol vurub. Yarımmüdafiəçi əvvəllər “Sevilya”, “Sampdoriya” və “Estudiantes” klublarının da formasını geyinib.
“İnter” öz futbolçusu Andrea Pinamontini də icarəyə verib. 22 yaşlı hücumçu “Empoli” klubuna keçib. Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Pinamonti 2021/22 mövsümünün sonuna qədər icarə əsasında “Empoli”də forma geyinəcək.
Pinamonti 2013-cü ildən “İnter”dədir. O, əsas komanda ilə 15 oyunda 1 qol vurub. Hücumçu əvvəllər “Cenoa” və “Frozinone” klublarının da uğurları üçün çalışıb.