Kosovo millisinin üzvü Fransa klubunda
- 10 İyl 2020 19:00
- 786
“Latsio”nun futbolçusu Valon Berişa karyerasını Fransada davam etdirəcək.
Rekord.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi “Reyms” klubuna transfer olunub.
Bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. Berişa ilə müqavilə 2024-cü ilin yayına qədər nəzərdə tutulub.
Kosovo milli komandasının da üzvü olan yarımmüdafiəçi 2018-ci ildən “Latsio”da idi. Berişa 2020-ci ilin yanvarında Almaniyanın “Fortuna” klubuna icarəyə verilmişdi.