Atletiko"nun futbolçusu Dieqo Kosta həbs oluna bilər.

Rekord.az “Cadena Ser”ə istinadən xəbər verir ki, 31 yaşlı hücumçu imic hüquqları qazancından 1,37 milyon avro məbləğində vergidən yayınmaqda ittiham olunur.

Dieqo 2014-cü ildə qanunu pozsa da, məsələ indi araşdırılır. Bu iş üzrə məhkəmə prosesi iyunun 4-ə təyin edilib.


İspaniya prokurorluğunun Kosta üçün altı ay həbs cəzası və 500 min avrodan çox cərimə olunmasını istədiyi bildirilib.