"Atletiko"nun sabiq futbolçusu Dieqo Kosta karyerasını "Benfika"da davam etdirəcək.

Rekord.az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, 32 yaşlı hücumçu Portuqaliyalı təmsilçisi ilə razılığa gəlib. Onun "Benfika" ilə 2 illik müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Kosta ötən ilin dekabrında "Ateltiko"dan ayrıldıqdan sonra azad agentdir.