Son mövsümü icarə əsasında “Bavariya”da keçirən Filippe Koutinyo müqavilə ilə məxsus olduğu “Barselona”ya qayıdıb.

Rekord.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Braziliyalı yarımmüdafiəçi “Barselona” ilə məşqlərə də başlayıb. 

Koutinyonun Kataloniya klubu ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir.