“Barselona”nın yarımmüdafiəçisi Filippe Koutinyo İspaniya çempionatının 13-cü turu çərçivəsində “Selta”(3:3) ilə görüşdə meydana əvəzetmədən çıxmaqdan imtina etməsilə bağlı yayılan söz-söhbətə aydınlıq gətirib.

Rekord.az xəbər verir ki, braziliyalı yayılan söhbətləri yalanlayıb:

“Evə qayıdanda, bu xəbərləri görəndə təəccübləndim. Həyatımda daim peşəkarlıq nümayiş etdirmişəm. İşlədiyim bütün insanlara hər zaman hörmətlə yanaşmışam”.

Koutinyo bu matçda ehtiyat oyunçular skamyasında qalıb və meydana daxil olmayıb.