Koutinyo İngiltərə klubu ilə müqaviləsini ləğv etdi
- 13 İyn 2024 14:20
- 200
Braziliyalı futbolçu Filippe Koutinyo İngiltərənin “Aston Villa” klubu ilə müqaviləsini ləğv edib.
Rekord.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər 2026-cı ilə qədər nəzərdə tutulan anlaşmaya qarşılıqlı razılıq əsasında son qoyublar.
32 yaşlı yarımmüdafiəçi son mövsümü icarə əsasında Qətərin “Əl-Duhail” klubunda keçirib. Hazırda azad agent olan Koutinyonun Braziliyaya qayıdacağı gözlənilir. Onun xidmətində ilk klubu olan “Vasko da Qama” maraqlıdır.
Braziliya millisinin heyətində 68 oyuna çıxan Koutinyo 21 qol vurub.